Türkiyənin "Boluspor" klubu Vüsal İsgəndərliyə yeni müqavilə təklif etməyi planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin performansı klub rəhbərliyini razı salıb. Üstəlik, onun Azərbaycan millisinə dəvət edilməsindən sonra "Boluspor" rəhbərliyi ona görə fərqli klublardan təklif gələcəyini ehtimal edərək, Vüsalla bağlı fikrini daha da qətiləşdirib.
Belə ki, Türkiyə klubu müqavilə müddətini daha bir illik artırmaq istəyir. Hazırda azərbaycanlı yarımmüdafiəçinin "Boluspor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu ilin yanvar ayında Albaniyanın "Eqnatiya" klubundan hazırkı komandasına transfer olub. Tərəflərin razılıq əldə etdiyi və müqavilə müddətinin 2027-ci ilə qədər artırılacağı gözlənilir.
saytlarin hazirlanmasi