Konfrans Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər açıqlanıb.
"Fənərbaxça" 1/4 finalda "Olimpiakos"la üz-üzə gələcək.
1/4 final
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)
Yarımfinal
“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbaxça” cütünün qalibi
“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi
Əlavə edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 11-i və 18-də, yarımfinalın qarşılaşmaları isə mayın 2-i və 9-da baş tutacaq. Final oyunu mayın 29-da Afinadakı "Ayasofiya" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi