Harri Keyn Almaniya çempionatında rekorda imza atıb.
Sportal.az xəbər verir ki, “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Almaniya çempionatının 26-cı turunun "Darmştadt"la oyununda növbəti qolunu vurub.
Bu, onun Bundesliqadakı debüt mövsümündə 31-ci qolu kimi tarixə keçib.
İndiyədək heç kim debüt mövsümündə Keyn qədər qol vurmamışdı.
30 yaşlı futbolçu yay “Tottenhem”dən “Bavariya”ya keçmişdi. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi