Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Tovuzda "Qarabağ" yerli komanda ilə üz-üzə gəlib. "Sumqayıt" isə "Sabah"ı qəbul edib. Hər iki görüşdə qonaqlar qalib gəlib.
Turun digər oyunlarında isə "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlubiyyətə uğradıb. "Araz-Naxçıvan" isə "Qəbələ" ilə bərabərə qalıb.
Azərbaycan Premyer Liqası. 27-ci tur
"Turan Tovuz" - "Qarabağ" 1:3
Qollar: Otto Con 10(p) - Nəriman Axundzadə 56, Patrik Andrade 73, Toral Bayramov 90+5 (p)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu
"Sumqayıt"– "Sabah" 1:2
Qollar: Sorqa 84 - Anatoli Nuriyev 25, Murad Xaçayev 62(avtoqol)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu