Ukrayna mediası: "Qarabağ" yenə möcüzənin bir addımlığında idi"

12:49 - 17 Mart 2024

Ukrayna mətbuatı Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” - “Qarabağ” matçından (3:2, ilk oyun 2:2) yazıb. 

Sportal.az xəbər verir ki, “Terrikon” portalı Azərbaycan çempionunun Leverkuzendəki görüşdə növbəti mərhələyə nə qədər yaxın olduğuna toxunub:

"Avropa Liqasının 1/8 final mərhələsinin möhtəşəm oyununda "Bayer" Leverkuzendə "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək yoluna davam etdi. Qonaqlar yenə möcüzənin bir addımlığında idilər. İkinci hissənin ortalarında 2:0 öndə olsalar da, Elvin Cəfərquliyevin meydandan uzaqlaşdırılması onlar üçün təsirsiz ötüşmədi. Maraqlıdır ki, on nəfərlə olsa belə, “Qarabağ” əks-hücumda meydan sahiblərinin sol cinahını parçalayaraq qol vurdu. Lakin Juninyonun qolundan sonra meydan sahibləri sadəcə olaraq rəqibinə imkan vermədi. İlk qolu Frimponq vurdu. Qəhrəman isə dubla imza atmış əvəzetmədən meydana daxil olan Patrik Şik idi. O, 90+2 və 90+7-ci dəqiqələrdə iki qol vurdu. Beləliklə, “Bayer” ümumi hesabda 5:4 hesabı ilə qalib gəldi.. Lakin sual yaranır: Xabi Alonso Azərbaycan çempionatında hansı yerlər uğrunda mübarizə apara bilərdi?".

Xəbər xətti