Millinin üzvü: "Onun 42 yaşı var və hələ də vəhşi kimi məşq edir"

13:16 - 17 Mart 2024

"Tottenhem" və İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevski Zlatan İbrahimoviçin necə məşq etdiyini xatırlayıb.

Sportal.az xəbər verir ki, "The Players Tribune"yə açıqlama verən Kuluşevski millidəki sabiq komanda yoldaşını tərifləyib.

"Zlatanla tanış olanda, o, 39 yaşında idi və İsveç millisinə qayıtmışdı. İlk görüşdə dedi ki, “uşaqlar mən sizə qarşı çox mehribanam, siz məni “Milan”da görməmisiz”. Onun evinə gedənə və gündə yeddi saat məşq etdiyini deyənə qədər onun nə demək istədiyini başa düşmədim. Yeddi saat! Onun 42 yaşı var və hələ də vəhşi kimi məşq edir. Bu barədə foto və videolarını da yayımlayır. O, nə üçün məşq edir?! Heç kim bilmir. O, sadəcə Zlatandır".

Xatırladaq ki, 42 yaşlı İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlamışdı. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” və “Milan”da çıxış etməyi bacarıb.

Xəbər xətti