Azərbaycan milli komandasında oynamış futbolçu karyerasını başa vurdu

13:34 - 17 Mart 2024

Azərbaycan millisinin sabiq futbolçusu aktiv futbolçu karyerası ilə vidalaşıb.

Sportal.az saytına verilən məlumata görə, söhbət Tuğrul Eratdan gedir. 

O, 31 yaşında bu qərarı verib. Peşəkar futbolla vidalaşan Erat həvəskar səviyyədə oynamağa davam edəcək. Azərbaycanın əsas millisində 4 oyun keçirmiş Tuğrul əsasən U-21 yığmamızdakı çıxışı ilə diqqətləri çəkmişdi. O, 8 matçda 3 qol vurmağı bacarmışdı. 

Erat “Fortuna”(Düsseldorf), “Duysburq”, “Allemaniya Ahen”, “Fatih Karagümrük”, “Rot Vays Oberhauzen” kimi komandalarda oynamışdı.

Xəbər xətti