"Volfsburq" baş məşqçisi Niko Kovaçı istefaya yollayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun rəhbərliyi Bundesliqanın 26-cı turunda "Auqsburq"a doğma meydanda 1:3 hesablı məğlubiyyətdən sonra Kovaç haqda fikrini qətiləşdirib. Buna qədər də "Volfsburq" artıq iki dəfə uduzmuşdu.
Xorvatiyalı mütəxəssisi 2022-ci il iyulun 1-dən ayından Almaniya klubunu çalışdırırdı.
52 yaşlı məşqçinin rəhbərliyi altında "Volfsburq" 26 turdan sonra Bundesliqada 25 xalla 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi