"Milan" yayda Olivye Jiru ilə yollarını ayıra bilər.
Sportal.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, fransalı ilə MLS klubları yaxından maraqlanır.
Belə ki, "Los-Anceles" və "Nyu-York Siti" klubları Jiru uğrunda mübarizəyə girişib.
Artıq hər iki klubun nümayəndələri Jirunun meneceri ilə danışıqlara başlayıb.
37 yaşlı hücumçu “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”də oynadıqdan sonra 2021-ci ildə “Milan”a keçib.
saytlarin hazirlanmasi