21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, toplanışa 25 futbolçu dəvət olunub:
Amin Ramazanov("Qarabağ"), Rüstəm Samiqullin("Sabah"), Yusif İmanov("Sabah"), Süleyman Damadayev("Şamaxı"), İbrahim Ramazanov("Qəbələ"),Seymur Məmmədov
("Sabah"), Cəlal Hüseynov("Arda",Bolqarıstan) Həzrət İsayev("İmişli"), Abdulla Rzayev ("Araz-Naxçıvan"), Rüfət Əhmədov("Kəpəz"), Rüfət Abbasov("Neftçi"), Ayxan Süleymanlı
("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı"), Nazim Həsənzadə ("Zirə"), Camal Cəfərov ("Kəpəz"), Ramin Nəsirli("Araz-Naxçıvan"), Xəyal Əliyev ("Sabah"), Murad Vəliyev ("Nomme Yunayted", Estoniya), Fərid Yusifli("Turan Tovuz"), Emil Səfərov("Qəbələ"), Zeynəddin Abdurahmanov("Səbail"), Samir Abdullayev("Səbail"), Mehrac Baxşalı ("Qəbələ"), Nəriman Axundzadə("Qarabağ"), Ağadadaş Salyanski("Neftçi")
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun "Azersun Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi