Millimizin üzvü "Rakov"a qarşı oynadı, komandası uduzmadı - VİDEO

11:34 - 18 Mart 2024

Polşa çempionatında 25-ci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" növbəti görüşünə çıxıb.

Lodz təmsilçisi "Rakuv"la üz-üzə gəlib və matç 1:1 hesabı ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Rahil sona qədər oynayıb. "LKS Lodz" 17 xalla sonuncu pillədədir. 

Xəbər xətti