FİFA-nın prezidenti Canni İnfantino Türkiyə Superliqasının "Trabzonspor"-"Fənərbaxça" matçında futbolçularla azarkeşlər arasında baş vermiş dava ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, ali qurumun mətbuat xidmətinə danışan İnfantino Trabzondakı hadisəni pisləyib:
"Trabzonspor" - "Fənərbaxça" matçından sonra türkiyəli azarkeşlərin şahidi olduğu zorakılıq tamamilə qəbuledilməzdir. İstər meydanda, istərsə də meydandan kənar, bizim idmanda və cəmiyyətimizdə bu cür hadisələrə yer yoxdur. Mən bunu əvvəllər demişəm və yenə də deyirəm, dünyada çoxlu insana böyük sevinc bəxş edən futbolçuların futbol oyununu oynaması üçün təhlükəsiz olmalıdır. Mən aidiyyatı qurumları bütün səviyyələrdə bu qaydaya əməl olunmasını təmin etməyə və Trabzonda baş verən sarsıdıcı hadisələrə görə məsuliyyət daşıyanları öz əməllərinə görə məsuliyyətə cəlb etməyə çağırıram".
Xatırladaq ki, Superliqanın 30-cu turunun “Trabzonspor” - “Fənərbaxça” matçının final fitindən sonra qonaq komanda meydanın mərkəzində qələbəni qeyd edib. Bundan sonra da ev sahiblərinin azarkeşləri kütləvi şəkildə meydana axışıb.
saytlarin hazirlanmasi