Azərbaycan Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Qarabağ” oyununda 6000 tamaşaçı qeydə alınıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, mövsümün 3-cü göstəricisinin təkrarıdır.
27 turun 135 matçında 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub. Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur.
XXI turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşünü 8100 tamaşaçı izləyib. XXV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:4) 6500, X turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 seyrçi qeydə alınıb.Qeyd edək ki, qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
saytlarin hazirlanmasi