Milli komandada psixoloq çalışacaq

12:17 - 19 Mart 2024

Braziliya milli komandasına 10 ildən sonra yenidən psixoloq cəlb edilib.

Sportal.az "Itatiaia"ya istinadən xəbər verir ki, Marisa Lusiya Santyaqo adlı psixoloq millinin məşqçilər korpusuna daxil olunub.

Psixoloq sonuncu dəfə Braziliya millisi ilə 2014-cü ildə çalışıb. Həmin dövrdə yığmanın baş məşqçisi Luiz Felipe Skolari qərara gəlib ki, dünya çempionatında onlara göstərilən diqqətlə bağlı futbolçuların psixoloji gərginliyinə dözməsi çətindir. Buna görə, komandanın bazasına psixoloq çağırılıb. 

Xatırladaq ki, Braziliya millisi İngiltərə və İspaniya ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək. Martın 23-də Dorival Juniorun rəhbərlik etdiyi kollektiv “Uembli”də İngiltərə ilə görüşəcək. 

Üç gündən sonra, martın 26-da Braziliya millisi Madriddəki “Santyaqo Bernabeu” stadionunda İspaniya ilə qarşılaşacaq.

Xəbər xətti