Fransa millisinin heyətində dəyişiklik olub.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Antuan Qrizmannı millidə kimin əvəz edəcəyi açıqlanıb.
Belə ki, "Latsio"nun yarımmüdafiəçisi Matteo Genduzi yığmaya cəlb edilib. Fransa millisinin baş məşqçisi Didye Deşam Antuanın topuq biləyindən aldığı zədə ilə bağlı problemləri olduğunu bildirmişdi. Buna görə, o, heyətdən çıxarılıb.
Genduzi "Latsio"nun heyətində 41 oyun keçirib, üç qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi ilk dəfə 2019-cu ildə zədəli Pol Poqbanı əvəzləyərək Fransa millisinə dəvət olunmuşdu.
Qeyd edək ki, Fransa millisi martın 23-də Almaniya millisi ilə, 26-da isə Çili yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi