"Dinamo" Mahirdən daha çoxunu gözləyirdi, komandaya adaptasiya ola bilmədi"

13:34 - 19 Mart 2024

"Düzünü desəm, son vaxtlarda Mahir Emreli ilə bağlı nə baş verdiyini bilmirəm. Çünki onun adı çox çəkilmir. Zədəli olduğunu bilirdim. Əminəm ki, "Dinamo" Mahirdən daha çoxunu gözləyirdi. Amma elə hiss edirəm ki, o, bu komandaya adaptasiya ola bilmədi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Matiya Şpiçiç deyib. 2013-2015-ci illərdə "İnter"in (indiki "Şamaxı") əsas futbolçularından olmuş Matiya Azərbaycan milli komandasının və "Dinamo"nun (Zaqreb) forvardı Mahir Emreli haqda danışıb.

Xorvatiya yüksək liqasında yarışan "HNK Qoritsa"da məşqçi kimi fəaliyyət göstərən Şpiçiç Emrelinin özünün də hazırkı durumdan razı olmadığını ehtimal edib: "Emrelinin yaxşı futbolçu olduğunu bilirəm. Ancaq məncə, o, özü də klubdakı statusundan razı deyil. Mahir yaxşı futbolçudur. Lakin daha çox oyun oynayacağı kluba keçməsi özü üçün də doğru addım olardı".

Mirbağırağa

Xəbər xətti