Almaniya klubu millinin üzvü üçün 50 milyon avro tələb edəcək

13:49 - 19 Mart 2024

"Borussiya"nın (Dortmund) hücumçusu Doniel Malen cari mövsümün sonunda Almaniya klubunu tərk etmək niyyətindədir.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubunun 25 yaşlı futbolçusuna “Arsenal” və “Liverpul” maraq göstərir.

Niderlandlı futbolçu özünü İngiltərə Premyer Liqasında sınamağa müsbət baxır.

Dortmund təmsilçisinin rəhbərliyi isə forvard üçün 40-50 milyon avro arası transfer məbləği tələb edəcək.

Malen 2021-ci ilin yayından “Borussiya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib və 13 qol vurub, iki məhsuldar ötürmə edib.

Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Malen "Borussiya"dan savayı PSV-də oynayıb. Malen 2019-cu ildən Niderland millisinin də üzvüdür.

Xəbər xətti