Almaniyanın "Bavariya" klubunun və Çexiya millisinin sabiq yarımmüdafiəçisi David Yarolim "Bayer"in Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendə "Qarabağ" üzərində qazandığı cavab oyunundakı (3:2, ilk) qələbəsi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Sport.cz" portalına danışan Yarolim "Bayer"in Azərbaycan çempionu ilə görüşdə çətin duruma düşməsini qabardıb:
"Qarabağ"la cavab oyununda "Bayer" üçün mövsümün ən pis hissəsini gördüm. Bununla belə, onlar möhtəşəm geri dönüş sayəsində qalib gələ bildilər. Bu, Leverkuzenin nəhəng gücünü göstərir, onların üslubu ən xırda detallara qədər təfərrüatlıdır. Mövsümün son mərhələsində “Bayer”in üç cəbhədə mübarizəni necə həll edəcəyini görmək mənə maraqlıdır: Bundesliqada çoxdan gözlənilən çempionluq, Almaniya Kubokunun yarımfinal mərhələsi və Avropa Liqasında “Vest Hem”lə matçlar. Çox maraqlıdır".
44 yaşlı veteran futbolçu “Slaviya”(Praqa), “Bavariya”, “Nürnberq”, “Hamburq”, “Evian”, “Mlada Boleslav” klublarında oynayıb.
saytlarin hazirlanmasi