Bolqarıstanın "Levski" (Sofiya) klubu "Qarabağ"ın futbolçusu Adama Diakabini istəyir.
Sportal.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Тема Спорт" portalı məlumat yayıb.
Məlumata görə, Sofiya klubu mövsümün sonuna qədər fransalını izləyəcək. Mövsümün sonunda isə onu heyətinə qatmağa çalışacaq.
27 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Diakabi “Renn”, “Monako”, “Haddersfild”, “Nottingem”, “Amyen”də oynadıqdan sonra 2023-cü ilin yanvar ayında “Qarabağ”a keçib.
saytlarin hazirlanmasi