"Spartak"ın "Neftçi"yə qarşı Bakıda keçiriləcək yoldaşlıq oyununa hazırlıq planları açıqlanıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komanda Tarasovkadakı bazada cümə gününə qədər davam edəcək mini-toplanış keçirəcək.
Bildirilir ki, hələ ümumi qrupla məşq etməyən yarımmüdafiəçi Teo Bonqonda istisna olmaqla, “Spartak”ın baş məşqçisi Gilyermo Abaskalın sərəncamında olan bütün oyunçular, demək olar ki, oynamağa hazırdır.
“Neftçi” – “Spartak” matçı martın 23-də “Neftçi Arena” stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi