“Real”(Madrid), “Barselona”, “Milan”, “Çelsi” və “Mançester Siti”nin iştirak etdiyi "Çempionlar Turniri" ABŞ-da keçiriləcək.
Sportal.az xəbər verir ki, bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb.
"Çempionlar Turu" turnirində "El-Klassiko" da baş tutacaq.
Turnir iyulun 27-dən avqustun 6-dək ABŞ-ın altı şəhərində keçiriləcək. Cədvəl aşağıdakı kimidir:
“Mançester Siti” – “Milan”(27 iyul)
“Barselona” – “Mançester Siti” (30 iyul)
“Milan” – “Real”(Madrid) (31 iyul)
“Real” – “Barselona” (3 avqust)
“Barselona” – “Milan” (6 avqust)
“Real” – “Çelsi” (6 avqust)