"Qəbələ"nin sabiq çalışdırıcısı Elmar Baxşıyev Sportal.az saytına açıqlama verib.
Bölgə klubundan ayrıldıqdan sonra hazırda işsiz qalan mütəxəssis ölkə xaricinə yollana bilər.
Bu barədə gənc mütəxəssis özü saytımıza açıqlamasında deyib:
"Yeni işlə bağlı hələ ki, gözləmək məcburiyyətindəyik. Heç bir klubla əlaqə yaratmamışam. Gələcəkdə müsbət yöndə bir yenilik olarsa, həmin variantın üstündə dayanmaq mümkündür. İndi isə heç nə yoxdur. Bunun nə qədər çəkəcəyini təxmin etmək mümkün deyil. Ölkə xaricindən təklif gələrsə, fikirləşmək olar. Düzü, qarşıdakı günlərdə planda xaricə yollanmaq var. Bir klubla danışıq aparıram və praktika üçün ora yollana bilərəm. Yaxın günlərdə dəqiqləşəcək".
saytlarin hazirlanmasi