İntihar etdiyi deyilən Braziliya millisinin sabiq üzvü azadlığa buraxıldı

17:22 - 20 Mart 2024

Barselona məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb.

Sportal.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və yekun hökm çıxarılana qədər məhkumun azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alves Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra braziliyalının 4,5 illik həbsinə qərar verilmişdi.

Həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 min avro ödəməyə məhkum edilmişdi. Bir müddət əvvəl isə Daninin intihar etdiyi bildirilirdi. Amma sonradan yayılan xəbərlər təkzib olunmuşdu.

Xəbər xətti