"Atletiko Mineyro"nun baş məşqçisi Luiz Felipe Skolari istefa verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər.
Əməkdaşlığın dayandırılmasının səbəbləri hələlik açıqlanmır.
Xatırladaq ki, 75 yaşlı mütəxəssis 2023-cü ilin iyununda “Atletiko Mineyro”nu çalışdırırdı. Mineiro Liqasında "Atletiko" turnirin finalına yüksəlib və burada "Kruzeyro" ilə qarşılaşacaq.