"Turan-Tovuz"un moldovalı müdafiəçisi Denis Marandiçi Premyer Liqanın geridə qalan üç turunda meydana çıxmayıb.
Sportal.az xəbər verir ki, moldovalı futbolçu Azərbaycan Premyer Liqasının 25-ci turunun “Zirə” ilə (1:1) oyunöncəsi son məşqində zədələnib.
Artıq zədəsini sağaldan müdafiəçi iki gündən sonra kollektivlə məşqlərə davam edəcək.
Denisin Premyer Liqanın 28-ci turunun “Səbail”lə görüşünə qədər tam hazır olacaq.
Qeyd edək ki, “Səbail” – “Turan Tovuz” matçı martın 30-da “ASCO Arena”da keçiriləcək və görüşə 16:30-da start veriləcək.