"Yuventus" rəhbərliyi mövsümün sonunda Antonio Konteni baş məşqçi postuna qaytarmaq variantını nəzərdən keçirir.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “qoca sinyora” italiyalı mütəxəssisin mümkün qayıdışının bütün aspektlərini qiymətləndirib.
Lakin hazırda Konte "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqrini əvəzləmək üçün tək namizəd deyil.
Xatırladaq ki, Antonio Kontenin son iş yeri "Tottenhem" olub. İtalyan mütəxəssis 2021-2023-cü illərdə İngiltərə klubuna rəhbərlik edib.
54 yaşlı mütəxəssis 2011-2014-cü illərdə "Yuventus"u çalışdırıb.
Hazırda Turin klubu 29 oyunda topladığı 59 xalla A Seriyasının turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi