Ukrayna mətbuatı "Polessye"nin yarımmüdafiəçisi Emil Mustafayevin Azərbaycan milli komandasına ilk dəfə dəvət olunmasından yazıb.
Sportal.az xəbər verir ki, "Футбол 24" portalı perspektivli futbolçunu itirdiklərini qeyd ediblər:
"Ukrayna futbolu üçün perspektivli futbolçunu əlimizdən buraxdıq. "Polesye"nin yarımmüdafiəçisi Emil Mustafayev Azərbaycan millisinə ilk dəfə dəvət edilib. 22 yaşlı futbolçu əslən azərbaycanlı olsa da, Ukraynada doğulub, burada böyüyüb. Bir vaxtlar Ruslan Rotan yarımmüdafiəçini Ukraynanın U-21 yığmasına cəlb etmək istəyirdi. Lakin Mustafayev ona qədər artıq Azərbaycana söz vermişdi və orada U-21 yığmasında üç oyun keçirdi. Hələ ötən ilin dekabrında Mustafayev milli komandalar səviyyəsində seçimini dəyişməyə hazır olduğunu bildirmişdi. Ancaq Ukraynadan dəvət gəlmədi, Azərbaycan isə ondan yenə əl çəkmədi. Emil artıq Azərbaycan millisinin heyətində Monqolustana (22 mart) və Bolqarıstana (25 mart) qarşı keçiriləcək görüşlərə hazırlaşır".
"Aleksandriya"nın yetirməsi olan Emil Mustafayev yayda “Polesye”yə keçmişdi. Onun bu klubla 2027-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.
saytlarin hazirlanmasi