Avstriya klubu azərbaycanlı məşqçini istədi, səfirlik viza vermədi

11:19 - 21 Mart 2024

Avstriyanın "Vakker Vyana" klubunu çalışdırmağa hazırlaşan millimizin sabiq üzvü Amit Quluzadə bu ölkəyə yollanası olmayıb.

Sportal.az saytına verilən məlumata görə, Avstriya səfirliyi Quluzadəyə viza verməyib.

Buna görə də, gənc mütəxəssisin Avstriya klubunu çalışdırması reallaşmayıb. 

Həm klub, həm də məşqçi özü viza almaq üçün bir neçə dəfə müraciət etsə də, istəkləri baş tutmayıb.

Belədə, "Vakker Vyana" başqa mütəxəssislə anlaşıb. 

Xəbər xətti