U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv F qrupunda İngiltərə ilə üz-üzə gəlib.
"Azərsun Arena"da baş tutan qarşılaşma ingilislərin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə yığması 15 xalla qrupda 2-ci, 3 xala malik Azərbaycan millisi sonuncu pillədədir.
22 mart
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
16:00. Azərbaycan – İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 86 - Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Teylor Harvud-Bellis, 53, Arçi Qrey, 88
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Azərsun Arena”