"Sumqayıt"ın futbolçusu İsa Suliman Pakistan millisində növbəti görüşün çıxıb.
Sportal.az xəbər verir ki, müdafiəçi İordaniya ilə yoldaşlıq görüşündə iştirak edib.
Suliman Pakistanı meydana kapitan sarğısında çıxarıb. İsanın 90 dəqiqə meydanda olduğu qarşılaşma rəqib yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edir.
saytlarin hazirlanmasi