"Lokomotiv"in və Rusiya millisinin sabiq qapıçısı Ruslan Niqmatullin “Qarabağ”ın qolkiperi Andrey Lunyovun millidə əsas qolkiper olmaq şanslarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, “championat.com”a danışan veteran qapıçı bu cür danışıb:
"Lunyovun son vaxtlar Rusiya millisinin bütün qapıçıları arasında beynəlxalq təcrübəyə malik yeganə qapıçı olması işə düşə bilər. Amma hazırda Matvey Safonovu millinin əsas qapıçısı hesab edirəm. Millinin əsas heyətində son matçları məhz o keçirib və onun oyunundan xüsusi şikayətlər yoxdur. Son oyunlarda “Krasnodar”da uğursuzluqlar olsa da, o, özünə arxayındır. Hər halda, Safonov “bir nömrədir”, amma əminəm ki, Lunyov da oynayacaq".
Qeyd edək ki, dünən Rusiya və Serbiya milliləri arasında keçirilmiş yoxlama görüşündə qapını Matvey Safonov qoruyub. Görüş isə rusların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi