Türkiyə millisinin heyətində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, Ahmetcan Kaplanla Semih Kılıçsoy yığmadan kənar qalıb.

Buna səbəb hər iki futbolçunun Türkiyənin U-21 yığmasına göndərilməsidir. 

Vinçentso Montello Semihlə Ahmetcanın U-21-ə kömək etmək təklifinə müsbət yanaşıb..

Əlavə edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində martın 26-da səfərdə İtaliya ilə üz-üzə gələcək.