“Yuventus” forvardı Duşan Vlahoviçi buraxmaq niyyətində deyil.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Turin klubu serbiyalı forvardın müqavilə müddətini 2028-ci ilə qədər artırmağı planlaşıdırır. Tərəflər hələlik maaşla bağlı razılığa gələ bilmirlər.
Tərəflər yaxın iki həftə ərzində danışıqları başa çatdırmağı və razılığa gəlməyi planlaşdırır. 24 yaşlı hücumçu 2022-ci ildən “Yuventus”da oynayır. O, əvvəllər “Partizan” və “Fiorentina”nın formasını geyinib.Onun “qoca sinyora” ilə indiki müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi