Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” klubu FİFA tərəfindən sanksiyalara məruz qalıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maliyyə qaydalarını pozduğuna görə Adana təmsilçisi FİFA tərəfindən cəzalandırılıb.
Belə ki, Şahruddinin şərəfini qoruduğu klub üç “transfer pəncərəsi”ndə zamanı heyətinə futbolçu qata bilməyəcək.
Əlavə edək ki, Azərbaycan millisinin qolkiperi 2023-cü il sentyabrın 8-də "Qarabağ"dan "Adana Demirspor"a keçib. Onun Superliqa klubu iləmüqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi