Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına açıqlama verib.
O, yığmanın bu gün "FİFA series" layihəsi çərçivəsində Monqolustana qarşı keçiriləcək oyunundan danışıb.
"Tuzlaspor"un futbolçusu millinin qələbə üçün oynayacağını bildirib:
"Monqolustanla matça hazırlaşırıq. Oyunumuz axşamdır. Matça tam hazır olduğumuzu düşünürəm. Artıq əsas heyətdə olmayacağımı bilirəm. Şans verilərsə, sonradan oynayaram. Hər halda, məşqçilər korpusunun verdiyi qərardır, hörmətlə yanaşıram. Monqolustanla görüşdə də millimiz qələbə üçün oynayacağıq".
saytlarin hazirlanmasi