"Qarabağ" Juninyo üçün "Beşiktaş"dan bu qədər pul istədi - Türkiyə mətbuatının iddiası

13:49 - 22 Mart 2024

"Qarabağ" Juninyonu istəyən "Beşiktaş"dan rekord transfer məbləği tələb edib.

Sportal.az “Fotospor”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalıya görə 8 milyon avro (təxminən 15 milyon manat) istəyib.

İstanbul klubunun rəhbərliyi isə daha uyğun məbləğ üçün danışıqları davam etdirir. 

"Qarabağ” bundan əvvəl Kadi Borgesi “Krasnodar”a 5 milyon avroya satıb (təxminən 9,2 milyon manat). Bu da klub üçün hələlik rekord transfer məbləği sayılır.

Xəbər xətti