İtaliya millisinin üzvü yeni müqavilə imzalayacaq

09:34 - 24 Mart 2024

"Napoli" qolkiperi Aleks Meretlə bağlı qərar qəbul edib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Neapol təmsilçisi qapıçısı ilə müqavilə müddətini artıracaq.

Meretin "Napoli" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Artıq yeni anlaşmaya əsaasən, Aleks 2025-ci il iyunun 30-na qədər İtaliya klubuna məxsus olacaq.

İtaliya millisinin üzvü "Udineze" və SPAL-da oynadıqdan sonra 2018-ci ildə "Napoli"yə keçmişdi.

Xəbər xətti