Kristof Baumqartner milli komandalar tarixində ən erkən qolu vurub.
Sportal.az xəbər verir ki, Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner Slovakiya yığması ilə yoldaşlıq oyununda 6-cı saniyədə hesabı açıb.
Bu isə rekord deməkdir. Məsələ burasındadır ki, Kristof 2013-cü ildə Almaniya - Ekvador oyununun başlamasından 7 saniyə sonra fərqlənən almaniyalı Lukas Podolskinin rekordunu yeniləyib.
Belədə, Baumqartner milli komandalar tarixində ən erkən qolun müəllifi kimi tarixə keçib.
saytlarin hazirlanmasi