Ukrayna millisinin üzvü "Napoli"yə keçməyə hazırlaşır

15:48 - 24 Mart 2024

Ukrayna millisinin və “Şaxtyor”un futbolçusu Georgi Sudakov karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “Napoli” yarımmüdafiəçi üçün hərəkətə keşib.

Donetsk təmsilçisi neapollulardan Sudakov üçün 80-90 milyon avro tələb edir. 

Əslində, “Napoli” yanvarda ukraynalını transfer etmək istəmişdi. Lakin “Şaxtyor” 21 yaşlı futbolçu üçün edilmiş 40 milyon avroluq təklifi geri çevirmişdi. Sudakov 150 milyon təzminat məbləğində klubla müqaviləsini artırıb.

Xəbər xətti