Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Zinəddin Zidanın milliyə baş məşqçi təyin oluna biləcəyindən danışıb.
Sportal.az xəbər verir ki, “Sport.es”ə danışan federasiya rəhbəri baş məşqçi postunda dəyişiklik olmayacağını bildirib:
"Hazırda milli komandaya Didye Deşam başçılıq edir. Fransa millisi üçün 2026-cı ilə qədər vəzifəsində qalacaq ən yaxşı məşqçiyə sahibik. Hansısa dəyişiklik haqda düşünmürük".
55 yaşlı mütəxəssis 2012-ci idlən Fransa millisinə rəhbərlik edir. Onun müqavilə müddəti iki ildən sonra başa çatacaq.
saytlarin hazirlanmasi