"Paltardəyişmə otağında heç kim Azərbaycana qarşı oyunun bizim üçün rahat olacağını fikirləşmir"

18:34 - 24 Mart 2024

"Azərbaycan - Monqolustan matçını tam izləməmişik. Bəzi epizodlara baxdıq. Həmin oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də sabahkı rəqibimizi analiz etmişik, hazırlaşmışıq"

Sportal.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin kapitanı Kiril Despodov deyib.

O, sabah Azərbaycana qarşı keçiriləcək görüşlə bağlı danışarkən jurnalistlərin suallarını da cavablandırıb.

- Komanda yoldaşın Aleksandr Kolev bildirib ki, "Azərbaycan daha ciddi komandadır. Futbolçularının yarısı "Qarabağ"da oynayır və onların da "Bayer"ə nələr etdiklərini gördünüz". Sən də belə düşünürsən? 

Bəli, təsdiq edirəm. Azərbaycan millisi ciddi rəqibdir. Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq.

Mirbağırağa

Xəbər xətti