Argentina millisinin sabiq üzvü Braziliya klubunu çalışdıracaq

21:47 - 24 Mart 2024

Braziliyanın “Atletiko Mineyro” klubuna yeni baş məşqçi təyin edilib.

Sportal.az xəbər verir ki, Luiz Felipe Skolari ilə yollarını ayıran klub Qabriel Milito ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı 2025-ci iln sonuna qədər Braziliya klubunu çalışdıracaq. 43 yaşlı mütəxəssis “Estudiantes”, “İndependiente”, “Argentinos Xuniors”da çalışıb. O, “Saraqosa”, “Barselona” klubları ilə yanaşı Argentina millisinin üzvü olub.

Xəbər xətti