"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin düşərgəsini tərk edərək Bakıya qayıdıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Paraqvayla matç Moskvadakı terror aktın görə təxirə salınıb və 32 yaşlı futbolçu da vətənini tərk edib.
Lunyov bu gün Ağdam klubunun məşqinə qoşulacaq.
"Qarabağ"ın futbolçusu martın 21-də Serbiyaya qarşı keçirilmiş(4:0) görüşdə ehtiyatda qalıb.
saytlarin hazirlanmasi