Azərbaycanda dövlət bu klublara daha çox PUL VERƏCƏK

20:50 - 26 Mart 2024

I Liqada çıxış edən klublara xoş xəbərimiz var.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, qarşıdakı "futbol ili"ni aşağı liqada keçirəcək iştirakçılara dövlət tərəfindən ödəniləcək yardım paketinin ümumi həcmi artırılacaq.

Söhbət təqribən 1,5-2 dəfə artımdan gedir.

Hazırda I Liqada mübarizə aparan komandaların hər birinə illik 300 min manat verilir. Bu vəsait aybaay onların bank hesabına köçürülür.

Ayrılan məbləğ əsasən maaşların ödənilməsinə sərf olunur. Ancaq aylıq 30 min manat kifayət etmir.

Çünki liqada qüvvəsini sınayanların əksəriyyəti sponsorsuz fəaliyyət göstərir, əlavə maliyyə dəstəyi almır. Onlar AFFA vasitəsilə SOCAR-a bu barədə narahatlıqlarını çatdırıblar.

Neft şirkətinin prezidenti Rövşən Nəcəf aprelin 2-də federasiyanın başına keçəcək və bununla I Liqa təmsilçilərinin də həyatında yeni mərhələ başlayacaq.

Xəbər xətti