"Qarabağ" "Kəpəz"i darmadağın etdi, çempionluğunu rəsmiləşdirdi - YENİLƏNİB

20:56 - 29 Mart 2024

Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qaşılaşma baş tutub.

Günün ilk matçında "Qəbələ" öz meydanında "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçiriləcək görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb. 

"Qarabağ" isə çempionluğunu "Kəpəz"lə görüşdə rəsmiləşdirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Gəncə təmsilçisini 6:1 məğlub edərək növbəti dəfə ölkədə əlçatmaz komanda olub. "Qarabağ" 11-ci dəfə ölkə çempionluğuna sahib çıxıb

29 mart (cümə)

“Qəbələ” – “Neftçi” 0:1
Qol:
Kilan Lebon, 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Qəbələ şəhər stadionu, 16:30

“Kəpəz” – “Qarabağ” 1:6 
Qollar:
Latir Fal 90 - Romao 21, Juninyo 52, 56, Abbas Hüseynov 64, Elvin Cəfərquliyev 69, Cica 88
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Xəbər xətti