Aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransından sonra Azərbaycan futbolunda bütün daşlar yerinə oturacaq. Rövşən Nəcəf rəsmən AFFA prezidenti olacaq, İcraiyyə Komitəsinə namizədlər də üzv kimi təsdiqlənəcək.
Futbol ictimaiyyətini ən çox düşündürən məsələ milli komandanın yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırılacağı ilə bağlıdır. Əksəriyyət milli komandanın baş məşqçisi postunda Qurban Qurbanovu görmək istəyir. Lakin yeni AFFA rəhbərliyi Qurbanovun eyni zamanda həm millini, həm də "Qarabağ"ı çalışdırmasına isti baxmır. Düşünürlər ki, Qurban Qurbanovun iki yerdə işləməsi istənilən effekti verməyəcək. Təcrübəli mütəxəssis isə "Qarabağ"dakı iş yerini tərk etmək niyyətində deyil.
Uzun illərdi əcnəbi məşqçilərin millimizdə ciddi bir iş görmədiyini nəzərə alaraq belə ehtimal etmək olardı ki, Qurban Qurbanov olmasa da, yığmamızda hər hansı başqa yerli mütəxəssisə şans veriləcək. Amma camaat nə sayır, saysın, AFFA-nın özünəməxsus sayma üsulu var.
Futbolumuzun rəhbərliyində belə düşünürlər ki, əcnəbinin ən bacarıqsızı da yerli məşqçilərdən üstündür. Ona görə də milli komanda üçün xaricdən məşqçi gətirməkdə israrlıdılar. Hələ ki heç kimlə danışmayıblar. Aprelin 2-də yeni AFFA rəhbərliyi rəsmiləşəndən sonra bu istiqamətdə əməli fəaliyyətə başlayacaqlar.
Həmid
saytlarin hazirlanmasi