"Bolonya"nın müdafiəçisi Con Lukumi "Mançester Yunayted" və "Atletiko"nun əsas hədəfinə çevrilib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, İtaliya klubu futbolçu həm ingilislərdən, həm də ispanlardan 20 milyon avro tələb edib.
Kolumbiya millisinin üzvü Madrid klubuna keçmək niyyətindədir. "Atletiko" ona görə 10 milyondan artıq pul xərcləmək istəmir.
Lukumi "Deportivo Kali" və "Genk" klublarında oynayıb. O, 2022-ci ildə "Bolonya"ya keçib.
saytlarin hazirlanmasi