Rusiyanın "Spartak" (Moskva) klubunun yarımmüdafiəçisi Ruslan Litvinov "Neftçi" ilə baş tutmayan yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Litvinov klubun rəsmi saytına açıqlamasında Bakıdakı "Spartak" azarkeşlərini də xatırlayıb:
"Mən Bakının necə gözəl və maraqlı şəhər olduğunu görə bildim. Daha sonra uşaqlarla müzakirə etdik ki, boş vaxtlarda Bakıya səyahət edib, ailələrimizlə vaxt keçirmək istəyirik. Cümə günü günortadan sonra ora çatdıq, otelə yerləşdik və ətrafa baxmaq üçün şəhərə çıxdıq, tamamilə şokda idim! Kiçik, dar, çox təmiz küçələr, rəngli binalar...Amma biz elə mərkəzdə yaşamırdıq.Lakin sonradan “Krokus”dakı terror aktı ilə bağlı xəbər gələndə, başqa bir şey haqqında düşünmək onsuz da çətin idi. Yatmadıq, narahat olduq. Ertəsi gün isə artıq oyunun baş tutmayacağı haqda söhbətlər gedirdi. Qərar açıqlananda hamı başa düşdü. Futbol haqda düşünməyə vaxt yox idi.Əminəm ki, Azərbaycanda bizi qarşılayan o azarkeşlərin də incikliyi yoxdur. “Spartak” neçə illərdir ki, Bakıya səfər etmirdi. Oradakı fanatlar da bizim üçün çox darıxmışdı”.
saytlarin hazirlanmasi