Bayılda sülh, "Zirə" "Sabah"ı məğlub etdi- YENİLƏNİB

20:52 - 30 Mart 2024

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Səbail" öz meydanında "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

İkinci oyun isə "Sabah"la "Zirə" arasında baş tutub. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar: 
Pedro Nuno, 21 - Fərid Nəbiyev, 45+4
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 16:30

“Sabah” – “Zirə” 0:1
Qol:
Ruan Renato, 24

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”, 19:00

Xəbər xətti