Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov bildirib ki, Paraqvay yığması ilə təxirə salınmış yoldaşlıq görüşündə meydana start heyətində “Qarabağ”ın qolkiperi Andrey Lunyov çıxmalı idi.
Sportal.az xəbər verir ki, “Matç TV”yə açıqlama verən təcrübəli mütəxəssis Ağdam klubunun qapıçısı haqda bunları deyib:
"Mən Andreyi çoxdan tanıyıram. Onun özünə də ən yaxşı dövrünü yaşadığını dedim. O, “Qarabağ”ın Avropa Liqasının qrupundan çıxmasına və çox şeyin həll olunduğu oyunlarda komandasına çox kömək etdi. Vacib matçlarda çoxlu xal qazandırdı. O, milliyə böyük motivasiya ilə gəlmişdi. Yeganə təəssüfləndiyim məqam Paraqvayla matçın baş tutması oldu. Çünki Yura Lodıqin və Andrey Lunyov meydana çıxa bilmədi. Paraqvayla matçda start heyətində Lunyov başlamalı, ikinci hissədə isə Lodıqin əvəz etməli idi. Əvəzedicilərə icazə verilsəydi.
Lodıqin-Lunyov-Maksimenkodan hansı daha güclüdür? Andrey digər qapıçılardan fərqli olaraq avrokuboklarda çıxış etdiyi üçün müqayisə etmək çətindir. Şübhə etmirəm ki, qapıçılarımız avrokuboklarda iştirak etsəydilər, onlar da layiqli səviyyə nümayiş etdirərdilər. Amma artıq adlarını çəkdiyim başqa qapıçılar da var. Ona görə də Matvey Safonovdan başqa millinin əsas heyətini fərqləndirmək çox çətindir. Bütün qapıçılar yaxşı səviyyədədir".
Qeyd edək ki, Rusiya - Paraqvay görüşü martın 23-də Moskvadakı terror aktına görə təxirə salınmışdı.